Boliviyada tədqiqatçılar Yunqas meşələrində yaşayan yeni kiçik vəhşi pişik növünü müəyyən ediblər. Heyvan “tilkayo” adlandırılıb. Yetkin fərdin çəkisinin təxminən 1,4 kiloqram olduğu, xəzinin isə xarakterik xallı naxışlarla seçildiyi bildirilir.
Alimlər genetik analizlər apararaq bu heyvanın əvvəllər məlum olan yaxın qohum növlərdən əhəmiyyətli dərəcədə fərqləndiyini müəyyən ediblər.
Məlumata görə, bu, yüz ildən artıq müddətdə elmə rəsmi şəkildə təqdim edilən ilk yeni vəhşi pişik növüdür. Kəşf regionun zəngin biomüxtəlifliyinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.