Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) və Miçiqan Universitetinin mühəndisləri qurbağanın hərəkətlərini xatırladan şəkildə tullana bilən kiçik robot hazırlayıblar. Robotun uzunluğu təxminən 11 santimetr, çəkisi isə 100 qramdan azdır.

Yeni robotun əsas xüsusiyyəti burulma zamanı enerji toplayan və daha sonra onu sürətlə sərbəst buraxan elastik elementlərdir. Bu texnologiya kiçik və az enerji sərf edən mühərriklər vasitəsilə robotun güclü sıçrayışlar etməsinə imkan verir.

Sınaqlar zamanı robot ağac, parça, dəri, ot və qum kimi müxtəlif səthlərdə uğurla hərəkət edib, həmçinin kiçik pillələri keçə bilib. Xüsusi pərlər quraşdırıldıqda isə robot suda üzə bilir və kiçik amfibiya qurğusuna çevrilir.

Tədqiqatçıların fikrincə, gələcəkdə bu texnologiyadan adi təkərli qurğuların hərəkət etməkdə çətinlik çəkdiyi mürəkkəb və nahamar ərazilərdə işləyə bilən kompakt robotların hazırlanmasında istifadə oluna bilər.