Türkmənistanın paytaxtı Aşqabadda təbiətin qorunmasına həsr olunmuş “MAMA – Mother Nature” beynəlxalq incəsənət sərgisinin açılışı keçirilib.
Sərgidə 35 ölkədən 62 rəssamın 116 əsəri nümayiş olunur. Layihə incəsənət vasitəsilə ətraf mühitin mühafizəsinə diqqət çəkməyi və xalqlar arasında mədəni əlaqələri gücləndirməyi hədəfləyir.
Sərgi 30 noyabr 2026-cı il tarixinədək ziyarətçilər üçün açıq olacaq.