Efiopiyanın münaqişələrin davam etdiyi Oromiya bölgəsində son bir həftə ərzində baş verən iki ayrı hücum nəticəsində azı 60 nəfər həyatını itirib. Bu barədə Reuters Efiopiya Pravoslav Kilsəsinə istinadən məlumat yayıb.
Kilsənin açıqlamasına görə, oktyabrın 20-də Merti rayonunda 14 nəfər, oktyabrın 24-də isə Şerka rayonunda 46 nəfər öldürülüb. Bildirilir ki, qurbanların hamısı xristian olub.
Hücumlar zamanı 20-dən çox evin yandırıldığı, 20-dən artıq şəxsin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi qeyd olunur.
Hadisələrə görə məsuliyyət məsələsində ziddiyyətli iddialar səsləndirilir. Oromiya regional hökuməti hücumlarda üsyançı ittifaqı günahlandırsa da, ittifaqla əlaqəli mənbə əksinə, regional hakimiyyəti ittiham edib. İddialar müstəqil şəkildə təsdiqlənməyib.
Hadisə ilə bağlı araşdırmalar davam edir