Dünyanın məşhur sosial platformalarından biri olan Instagram-ın 16 yaşı tamam olub. Platforma 6 oktyabr 2010-cu ildə istifadəyə verilib və əvvəlcə fotoşəkillərin paylaşılması üçün nəzərdə tutulmuş tətbiq kimi fəaliyyətə başlayıb.
İllər ərzində Instagram əhəmiyyətli dərəcədə dəyişib. Platformaya Stories, Reels, canlı yayımlar, şəxsi mesajlaşma, eləcə də kontent yaradıcıları və biznes üçün müxtəlif alətlər əlavə olunub.
16 il ərzində Instagram sadə foto tətbiqindən dünyanın ən tanınmış sosial platformalarından birinə çevrilib.