Oktyabrın 12-də Fransanın paytaxtında Mondial de l’Auto 2026 beynəlxalq avtomobil sərgisi öz işinə başlayır. Dünyanın aparıcı avtomobil istehsalçıları yeni modellərini, elektromobillərini və qlobal avtomobil sənayesinin gələcəyini müəyyən edə biləcək innovativ texnologiyalarını nümayiş etdirəcəklər.

Sərgi Paris Expo Porte de Versailles kompleksində keçirilir və oktyabrın 18-dək davam edəcək. İlk gün mətbuat nümayəndələri üçün nəzərdə tutulub, oktyabrın 13-dən isə sərgi geniş ictimaiyyət üçün açıq olacaq.

Bu il əsas diqqət elektromobillərə, hibrid texnologiyalara və yeni nəsil münasib qiymətli avtomobillərə yönəldilib.

Gözlənilən yeniliklər arasında Škoda Epiq və Peaq elektrik krossoverləri, Renault şirkətinin yeni konseptual layihələri, eləcə də Avropa və Çin istehsalçılarının müxtəlif modelləri yer alır.

Sərginin əsas xüsusiyyətlərindən biri Çin avtomobil brendlərinin rekord səviyyədə iştirakı olacaq. Çindən təxminən 20 şirkət öz məhsullarını təqdim edərək Avropa avtomobil bazarında rəqabəti daha da gücləndirəcək.

Ziyarətçilər yeni avtomobillərlə yanaşı, müasir təhlükəsizlik sistemləri, rəqəmsal texnologiyalar və avtonom idarəetmə həlləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.

Ekspertlər Paris avtomobil sərgisini qlobal avtomobil sənayesində baş verən dəyişikliklərin nümayiş etdirildiyi mühüm platforma kimi qiymətləndirirlər. Bu sahədə münasib qiymət, enerji səmərəliliyi və texnoloji innovasiyalar getdikcə daha böyük əhəmiyyət qazanır.

SCMEDIA.AZ