Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Khoryv” yük gəmisinin batması faciə ilə nəticələnib. Hadisə zamanı bir nəfər həyatını itirib, üç ekipaj üzvü itkin düşüb, doqquz nəfər isə xilas edilib.

Məlumata görə, gəmidə 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub. Azərbaycan vətəndaşlarının hər üçü xilas edilib. Onlardan biri yüngül xəsarət alıb.

Hazırda itkin düşənlərin axtarışı davam edir. Gəminin batmasının dəqiq səbəbləri araşdırılır.