Azərbaycanın energetika sektorunun nümayəndə heyəti Çində xüsusi təlim və texniki səfər proqramında iştirak edir.

Çinin Datang Corporation şirkəti tərəfindən təşkil olunan iki həftəlik proqram Azərbaycan və Çin arasında energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlib.

Proqram çərçivəsində azərbaycanlı mütəxəssislər qabaqcıl enerji texnologiyaları üzrə təcrübə mübadiləsi aparacaq, həmçinin iki ölkənin energetika sahəsində peşəkar əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəklər.