Azərbaycanın Azeri Light markalı neftinin dünya bazarında qiyməti nəzərəçarpacaq dərəcədə artıb.
Avqustun 19-da Azeri Light neftinin bir barelinin qiyməti 3,27 dollar və ya 3,6% artaraq 94,58 dollara çatıb.
Azərbaycanın milli neft markasının qiymətinin yüksəlməsi ölkə üçün mühüm əhəmiyyət daşıyır. Neft-qaz sektoru Azərbaycanın ixrac gəlirlərində və ölkə iqtisadiyyatında mühüm rol oynamaqda davam edir.
Müqayisə üçün qeyd edək ki, Azeri Light neftinin ən yüksək qiyməti 2008-ci ilin iyulunda — 149,66 dollar, ən aşağı qiyməti isə 2020-ci ilin aprelində — 15,81 dollar səviyyəsində qeydə alınıb.
Mənbə: AZƏRTAC