Naxçıvan Muxtar Respublikasında yerləşən “Gəmiqaya” Tarix-Bədii Qoruğunun ərazisində əvvəllər qeydə alınmamış qayaüstü təsvirlər aşkar edilib.

Yeni tapıntılar çoxsaylı petroqlifləri ilə tanınan Gəmiqayanın zəngin arxeoloji irsini daha da genişləndirir. Buradakı qədim qayaüstü rəsmlərdə insan və müxtəlif heyvan təsvirlərinə, ov səhnələrinə, eləcə də müxtəlif rəmz və işarələrə rast gəlinir. Gəmiqaya təsvirlərinin minilliklərə söykənən tarixi var.

Yeni təsvirlərin aşkar edilməsi Azərbaycan ərazisində yaşamış qədim insanların həyat tərzinin, mədəniyyətinin və dünyagörüşünün daha dərindən öyrənilməsi baxımından əhəmiyyət daşıyır.