Bakıda müxtəlif ölkələrdən müəllifləri, nəşriyyatları və kitabsevərləri bir araya gətirəcək XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışına hazırlıq gedir.

Tədbir oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin beynəlxalq bölməsi oktyabrın 25-dək fəaliyyət göstərəcək, milli proqram isə oktyabrın 27-dək davam edəcək.

Ziyarətçiləri yeni nəşrlərin təqdimatları, yazıçılarla görüşlər, avtoqraf sessiyaları və bütün ailə üçün nəzərdə tutulan mədəni tədbirlər gözləyir. Bu il uşaqların mütaliəsinə və gənc nəslin kitablara marağının artırılmasına xüsusi diqqət yetiriləcək.

Sərgidə 32 ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulur. İştirakçılar arasında 148 yerli və 59 xarici iştirakçı var.

Sərgi hər gün saat 10:00-dan 20:00-dək açıq olacaq. Ziyarətçilər üçün giriş pulsuzdur.

📍 Ünvan: Bakı Ekspo Mərkəzi, Heydər Əliyev prospekti, 515.