Bakı Dövlət Universiteti və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd birgə elmi və təhsil layihələrinin həyata keçirilməsini, tədqiqatların aparılmasını, həmçinin mədəni-tarixi irsin öyrənilməsi və qorunması sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlıq tələbə və tədqiqatçıların birgə elmi təşəbbüslərdə iştirakına da yeni imkanlar yaradacaq.