Yeni sistem çərçivəsində müasir müşahidə kameralarından və digər elektron avadanlıqlardan istifadə olunacaq. Bu vasitələrin köməyi ilə nəqliyyatın sıx olduğu əraziləri müəyyənləşdirmək, baş verən Hadisələrə daha çevik reaksiya vermək və yol hərəkətinin təhlükəsizliyini artırmaq mümkün olacaq.

Toplanan məlumatlar nəqliyyat axınının daha səmərəli idarə olunmasına və tıxacların azaldılmasına kömək edəcək.

Sistemin ilkin mərhələdə daha çox hərəkətin müşahidə olunduğu yol və prospektlərdə tətbiqi, sonrakı mərhələdə isə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.