Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib. Forum “Ortaq gələcək naminə dialoq” şüarı altında təşkil olunub.
Dövlət başçısı çıxışında Azərbaycanın mədəniyyətlərarası münasibətlərin inkişafındakı tarixi rolunu vurğulayıb. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında yerləşən Azərbaycan əsrlər boyu iki region arasında mədəni körpü rolunu oynayıb.
İlham Əliyev həmçinin forumun aktual qlobal məsələlərin müzakirəsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma olduğunu qeyd edib.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən 2 000-dən artıq iştirakçının, o cümlədən 500-dən çox xarici qonağın qeydiyyatdan keçdiyi bildirilib.