2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 87 milyard 709,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artıb.
Hesabat dövründə qeyri-neft-qaz sektorunda 2,1 faiz artım qeydə alınıb. Neft-qaz sektorunda isə 0,8 faiz azalma müşahidə olunub.
Bununla yanaşı, sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dollarına çatıb. Bu göstərici bir il əvvəllə müqayisədə 15,7 faiz çoxdur.
SC Media | 10 sentyabr 2026