Azərbaycanın qədim xalçaçılıq sənətini təmsil edən “Xətai-Əjdahalı” Qarabağ xalçası Perunun paytaxtı Limada yerləşən Metropoliten Muzeyinə hədiyyə edilib.

Təqdimat mərasimi oktyabrın 15-də Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində keçirilib.

Qarabağ xalçası özünəməxsus naxışları və əjdaha motivləri ilə Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirir. Onun muzey kolleksiyasına daxil edilməsi ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətli hadisədir.

Xalçanın təqdimatı Azərbaycan və Peru arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə də töhfə verir.