Ağdam rayonunun Sarıcalı kəndində mina hadisəsi baş verib.
Kənd təsərrüfatı işləri aparılan zaman traktor tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində texnikaya ciddi ziyan dəyib və traktor yararsız vəziyyətə düşüb.
Hadisə zamanı traktorun sürücüsünün xəsarət almadığı bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
SC Media | 6 sentyabr 2026