Paytaxtda restoranda baş vermiş ölüm hadisəsi ilə bağlı araşdırma davam edir. 43 yaşlı kişinin ölümü ilə əlaqədar 11 nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, hadisə oktyabrın 23-də saat 00:10 radələrində Xətai rayonunda, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. Mirəqayev soyadlı şəxs bıçaq xəsarətləri alaraq həyatını itirib.
İstintaqın versiyasına əsasən, iş üzrə şübhəli bilinən şəxslər hədə-qorxu və zorakılıq yolu ilə pul tələb edən qrupla əlaqəli ola bilərlər.
Hüquq-mühafizə orqanları hər bir şübhəlinin hadisədəki rolunu və baş verənlərin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.