Paytaxtda yaşayış evlərindən birində külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması hadisəsi baş verib. Oğurlanan əşyaların ümumi dəyərinin 10 min manat olduğu bildirilir.
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 40 yaşlı qadın müəyyən edilərək saxlanılıb.
İlkin məlumata əsasən, qadın oğurladığı qızıl-zinət əşyalarını sonradan satıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.