Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində Changan A05 markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub.

Hadisə nəticəsində piyada ağır xəsarətlər alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə şəraiti araşdırılır.