Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Türkiyədən ölkəyə qanunsuz yolla böyük həcmdə dərman preparatlarının gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, İstanbul–Bakı reysi ilə gələn Azərbaycan vətəndaşı hava limanında “yaşıl dəhliz”dən keçərkən əlavə yoxlamaya yönləndirilib.

Baqaj və əl yükü skan edildikdən sonra gömrük əməkdaşları müvafiq qaydada bəyan edilməmiş 36 adda 16 036 ədəd dərman preparatı aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.