Azərbaycanın futbol üzrə yeniyetmələrdən ibarət yığması Bakıda keçirilən FIFA U-15 Dünya Kubokunda Cəbəllütariq komandasına inamlı qələbə qazanıb.

Matç Azərbaycan komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Görüş 81–96-cı yerlər uğrunda mübarizənin aparıldığı C divizionu çərçivəsində baş tutub. Oyun Hövsan İdman Kompleksində keçirilib.

Baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi komanda inamlı nəticə əldə edərək doğma meydanda azarkeşlərini sevindirib.

Azərbaycan yığması bu mərhələdə əvvəlki matçında Çili komandasına 1:3 hesabı ilə məğlub olub.

FIFA U-15 Dünya Kuboku Bakıda keçirilir və turnirdə dünyanın müxtəlif ölkələrindən yeniyetmə komandalar iştirak edir. Yarışın oktyabrın 30-da başa çatması planlaşdırılır.