Səudiyyə Ərəbistanı çempionatının 12-ci turu çərçivəsində “Əl-Nəsr” “Əl-Xulud” üzərində 5:3 hesablı qələbə qazanıb. Görüşün əsas qəhrəmanı üç qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldo olub.

Ronaldo matçın 66-cı, 72-ci və 81-ci dəqiqələrində fərqlənərək cəmi 15 dəqiqə ərzində het-trik edib. Qalib komandanın digər qollarını Anjelo Qabriel və Sadio Mane vurublar.

İlk hissə 2:2 hesabı ilə başa çatsa da, fasilədən sonra “Əl-Nəsr” oyunun gedişatını dəyişərək qələbə qazanmağı bacarıb.

Bu het-trikdən sonra Ronaldonun karyerası ərzində rəsmi oyunlarda vurduğu qolların sayı 985-ə çatıb. Beləliklə, portuqaliyalı futbolçu 1000 qol həddinə çatmaq üçün daha 15 qola ehtiyac duyur.

Qələbədən sonra “Əl-Nəsr” xallarının sayını 28-ə çatdıraraq çempionatda liderlik uğrunda mübarizəsini davam etdirir.