Bakı–Qazax avtomobil yolunda dörd nəfərin həyatına son qoyan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza oktyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində, magistralın 21-ci kilometrliyində qeydə alınıb. İlkin məlumatlara görə, “Mercedes Atego” markalı yük avtomobili idarəetməni itirərək metal maneəyə çırpılıb və aşıb.

Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə deformasiyaya uğramış kabinədən dörd nəfərin meyitini çıxarıblar. Daha bir nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.