Bakı–Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurması nəticəsində ağır xəsarətlər alan kişi xəstəxanada dünyasını dəyişib.
Hadisə oktyabrın 10-da magistral yolun 111-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili 1974-cü il təvəllüdlü yerli sakin Asəf Yusif oğlu Cəfərovu vurub.
Qəza nəticəsində piyada çoxsaylı ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Şirvan xəstəxanasına çatdırılıb və travmatik şok vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin başvermə səbəbləri və bütün təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
SCMEDIA.AZ