Bakının Nizami rayonunda anbardan külli miqdarda oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, anbardan ümumi dəyəri 51 min manat olan 48 istilik kombisi oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən dörd nəfər saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.