Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, araşdırma 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın ölümü ilə bağlıdır. 5 avqust 2013-cü ildə onun meyiti yaşadığı evdə zorakılıq əlamətləri ilə aşkar edilib.
Əlavə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılıb. O, tamah məqsədilə qətl törətməkdə şübhəli bilinir.
Hazırda cinayət işi üzrə istintaq Şəmkir Rayon Prokurorluğunda davam etdirilir. Şübhəli şəxsin əməllərinə yekun hüquqi qiymət istintaqın nəticələrinə əsasən veriləcək.