Gəncədə 36 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən kişi saxlanılıb. Hadisə nəticəsində daha bir nəfər bıçaq xəsarəti alıb.

Hadisə oktyabrın 11-də şəhərin Gülüstan qəsəbəsində baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Royal Həsənov ağır bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən mərhumun atası O. Həsənov saxlanılıb.

Hadisə zamanı 1984-cü il təvəllüdlü A. Həsənovun da xəsarət aldığı müəyyən edilib.

Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatları araşdırılır.

Faktla bağlı istintaq davam etdirilir.

SCMEDIA.AZ