Xətai rayonunda kafedə baş verən münaqişə nəticəsində bir nəfər bıçaq xəsarətindən həyatını itirib. İlkin məlumatlara görə, hadisə ilə əlaqədar doqquz nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanları hadisənin hallarının və insident iştirakçılarının əməllərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.