ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, universitet fəaliyyət göstərdiyi illər ərzində bu gün Azərbaycanın aparıcı şirkətlərində çalışan yeni nəsil gənc liderlər və yüksək ixtisaslı mütəxəssislər yetişdirib.

Onun sözlərinə görə, ADA məzunlarının iri şirkətlərdə, o cümlədən beynəlxalq “Böyük dördlük” şirkətlərində çalışması onların aldıqları təhsilin keyfiyyətinin göstəricisidir.

Açıqlama oktyabrın 2-də Bakıda CAMCA 2026 Regional Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı səsləndirilib. Hafiz Paşayev yeni nəsil mütəxəssislərin ölkədə gedən inkişaf proseslərində rolunu xüsusi vurğulayıb.