Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti tranzit yük daşınması həyata keçirilir.
Məlumata görə, avqustun 22-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində ümumi çəkisi 630 ton olan 9 vaqon buğda, həmçinin 36 ton ağırlığında 1 vaqon propan göndərilir.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit olaraq 49 min tondan çox taxıl, təxminən 9 min ton gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton ağac materialı daşınıb.
Eyni zamanda, Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
Tranzit daşımalarının davam etdirilməsi regionda nəqliyyat və logistika əlaqələrinin genişlənməsi baxımından əhəmiyyət daşıyır.