Azərbaycan gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək üç qızıl və bir gümüş medal qazanıblar.
9–11 oktyabr tarixlərində keçirilən yarışda idmançılarımız yüksək nəticələr göstəriblər.
Medal qazanan idmançılar:
- 🥇 Ömər Qasımlı və Məhəmməd Həsənli — 45,210 xal
- 🥇 Ammar Baxşəliyev — 55,830 xal
- 🥇 Samirə Hüseynova — 50,470 xal
- 🥈 Nicat Mirzəyev və Ayan Şabanova — 44,860 xal
Turnirdə əldə olunan nəticələr Azərbaycan gimnastlarının beynəlxalq arenada uğurlu çıxışını nümayiş etdirib.
SCMEDIA.AZ