Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Oyun ilkin olaraq Gəncə şəhərində nəzərdə tutulsa da, qarşılaşmanın Bakıda keçirilməsi barədə qərar qəbul olunub.

AFFA-nın məlumatına görə, tərəflər arasında aparılan əlavə müzakirələr, həmçinin oyunun təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində məkanın dəyişdirilməsi qərara alınıb. Bu dəyişiklik UEFA ilə də razılaşdırılıb.

AFFA xüsusi olaraq bildirib ki, qərar Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.

Azərbaycan — Litva qarşılaşması 4 oktyabr saat 18:00-da keçiriləcək.

SC Media