Misli Premyer Liqasının IX turunda diqqətlər “Sabah” – “Qarabağ” qarşılaşmasına yönəlib. Turnir cədvəlinə 19 xalla “Sabah” başçılıq edir, “Qarabağ” isə 17 xalla üçüncü pillədə qərarlaşıb.
Günün digər oyununda “İmişli” “Şamaxı” ilə qarşılaşacaq. Görüşlər çempionatın turnir cədvəlindəki mövqelərə təsir edə bilər.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı 3:2, “Kəpəz” isə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Turan Tovuz” matçı 1:1 hesabı ilə başa çatıb.