Astronomik hadisə zamanı Ay qismən Yerin kölgəsinə daxil olacaq. Nəticədə Ay diskinin bir hissəsi nəzərəçarpacaq dərəcədə qaralacaq, digər hissəsi isə işıqlı qalacaq.
Bakı vaxtı ilə yarımkölgəli tutulma saat 05:23-də, qismən tutulma isə 06:33-də başlayacaq. Tutulmanın maksimum fazası dünya üzrə saat 08:12-də baş verəcək.
Lakin Azərbaycanda Ay təxminən saat 07:06-da üfüqdə batacaq. Buna görə ölkə ərazisində qismən tutulmanı təxminən 32 dəqiqə müşahidə etmək mümkün olacaq.
Ay tutulmasını izləmək üçün xüsusi qoruyucu vasitələrə ehtiyac yoxdur. Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasını adi gözlə təhlükəsiz şəkildə müşahidə etmək mümkündür. Hava şəraiti əlverişli olarsa, qərb üfüqünün açıq göründüyü ərazidən müşahidə aparmaq daha məqsədəuyğundur.
SC Media