Azərbaycan və Dünya Bankı “Rəqabətqabiliyyətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) adlı yeni layihənin hazırlanmasını müzakirə edir.

Layihənin əsas məqsədi aqrar sektorun rəqabətqabiliyyətliliyini artırmaq, suvarma və drenaj sistemlərinin səmərəliliyini yüksəltməkdir.

Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının nümayəndələri arasında keçirilən görüşdə layihənin maliyyələşdirilməsi, həyata keçiriləcəyi ərazilər, əsas fəaliyyət istiqamətləri və dəstəkdən yararlanacaq qruplar müzakirə olunub.

Kənd təsərrüfatının dayanıqlılığının artırılmasına, müasir maliyyələşdirmə mexanizmlərinin tətbiqinə və su ehtiyatlarından daha səmərəli istifadəyə imkan verən təşəbbüslərin inkişafına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

Tərəflər CRAIS layihəsinin hazırlanmasının növbəti mərhələlərini və aqrar sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər.