2020-ci ildə Vətən müharibəsinin başa çatmasından indiyədək Azərbaycanda mina və partlamamış hərbi sursat hadisələri nəticəsində 437 nəfər zərər çəkib. Onlardan 73 nəfər həyatını itirib, 364 nəfər isə ağır yaralanıb.
Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində bildirilib.
Zərərçəkənlər arasında mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirak edən şəxslər var.
Sentyabrın 2–3-də Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı ANAMA və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Konfransda humanitar minatəmizləmə, təhlükəsiz yaşayış məntəqələrinin yaradılması, bərpa işləri və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur.
SC Media