Bu gün, sentyabrın 2-də Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ixtisas seçimi saat 23:59-dək davam edəcək.

İxtisas seçmək hüququ olan abituriyent ali və orta ixtisas təhsili müəssisələri üzrə 20-dək ixtisas kodunu seçərək onları istədiyi ardıcıllıqla “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.

İxtisas seçimi başa çatdıqdan sonra boş qalan yerlər üzrə əlavə müsabiqənin nəticələri müəyyən ediləcək.