Azərbaycanın Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü küləyin əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağışların yağacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
FHN vətəndaşlara güclü külək zamanı yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı tövsiyə edir.
Yağıntılarla əlaqədar sel və daşqın təhlükəsi olan ərazilərdə xüsusilə diqqətli olmaq, təhlükə yarandığı halda isə daha yüksək əraziyə qalxmaq tövsiyə olunur. Güclü küləkli havada dənizə girməyin də təhlükəli olduğu bildirilir.
Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Milli Hidrometeorologiya Xidməti.