Azərbaycanda 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi bu gün — 3 sentyabr saat 18:00-da başa çatacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, mayın 6-dan etibarən həyata keçirilən qəbul prosesi çərçivəsində indiyədək 124 mindən artıq uşağın I sinfə qəbulu tamamlanıb.
Qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, həmçinin “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Üzrlü səbəblərdən müəyyən edilmiş müddətdə I sinfə qəbul prosesindən keçə bilməyən uşaqlar üçün elektron qəbulun sentyabr ayı ərzində yenidən aktivləşdiriləcəyi bildirilir.
Valideynlərə qeydiyyatı bu gün saat 18:00-dək tamamlamaq tövsiyə olunur.
SC Media