Bu gün Azərbaycanda Laçın Şəhəri Günü qeyd olunur.
Bu əlamətdar tarix 26 avqust 2022-ci ildə Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlıdır.
Laçın Şəhəri Günü Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə rəsmi olaraq təsis edilib. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə şəhər günləri müəyyən olunub.
Həmin vaxtdan etibarən 26 avqust hər il Laçın Şəhəri Günü kimi qeyd edilir.
Son illərdə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır və sakinlərin doğma yurdlarına qayıdışı davam edir.
Bu gün Azərbaycanın müasir tarixində Laçınla bağlı mühüm hadisələrdən birini xatırladan əlamətdar tarixdir.