Azərbaycanda futbol üzrə 2026/27 mövsümünə start verilib. Ölkənin yüksək liqasında bu mövsüm 12 klub mübarizə aparır.
15 avqustda ilk tur çərçivəsində “Araz-Naxçıvan” – “İmişli” və “Sabah” – “Kəpəz” qarşılaşmaları nəzərdə tutulub.
16 avqustda “Sumqayıt” – “Neftçi” və “Zirə” – “Şəfa” oyunları keçiriləcək.
İlk tura 17 avqustda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşması ilə yekun vurulacaq.
Mövsüm ərzində hər komanda ümumilikdə 33 oyun keçirəcək.