Azərbaycanın Kosmik Agentliyi — Azercosmos peyk görüntülərinin emalı və təhlili üçün süni intellektə əsaslanan müasir həlləri inkişaf etdirir.

Bu texnologiyalar binaları, nəqliyyat vasitələrini və gəmiləri avtomatik müəyyən etməyə, yer səthində baş verən dəyişiklikləri, meşələrin və digər təbii ərazilərin vəziyyətini izləməyə, həmçinin peyk görüntülərinin keyfiyyətini artırmağa imkan verir.

Belə həllərdən biri Platerra bulud platformasıdır. Platforma süni intellekt vasitəsilə peyk məlumatlarını geofəza məlumatlarına çevirir. Azercosmos həmçinin peyk görüntüləri ilə birbaşa veb-brauzer üzərindən işləməyə imkan verən müxtəlif süni intellekt alətlərini birləşdirən GEO360 platformasını təqdim edir.

Bu texnologiyalardan kənd təsərrüfatı, şəhərsalma, ekoloji monitorinq, xəritəçəkmə və digər sahələrdə istifadə oluna bilər.