Bakı Metropolitenində “Həzi Aslanov — İçərişəhər” marşrutu üzrə qatarların birbaşa hərəkəti yenidən bərpa edilib.
Bununla da sərnişinlər xəttin iki son stansiyası arasında əlavə qatar dəyişməsinə ehtiyac olmadan hərəkət edə biləcəklər.
Hərəkətin bərpası paytaxtın metro sərnişinləri üçün daha rahat və fasiləsiz nəqliyyat xidmətinin təmin olunmasına imkan yaradır.