Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, bəzi vaxtlarda tutqun olacaq.

Günün birinci yarısında bəzi ərazilərdə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində isə qısamüddətli şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeronda havanın temperaturu gecə 15–19, gündüz isə 24–27 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında gün ərzində qısamüddətli leysan və şimşək ehtimalı var. Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq ərazilərdə duman gözlənilir.

SC Media | 10 sentyabr 2026