Bakının Yasamal rayonunda məktəb binasının yandırılmasına cəhdlə bağlı aparılan araşdırma çərçivəsində altı nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 12-də baş vermiş hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Saxlanılan şəxslərdən beşinin həmin məktəbin 10 və 11-ci sinif şagirdləri olduğu bildirilir. Digər saxlanılan şəxs isə əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılovdur.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin bütün hallarının, eləcə də saxlanılan şəxslərin mümkün iştirak dərəcələrinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Hadisənin motivləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.