Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən yağıntısız hava proqnozlaşdırılsa da, gündüz bəzi yerlərdə qısamüddətli zəif yağış yağa bilər.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20–23 dərəcə isti, gündüz isə 23–26 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcəyi gözlənilir. Nisbi rütubət gecə 70–75%, gündüz isə 60–65% təşkil edəcək.
Ölkənin əksər rayonlarında əsasən yağıntısız hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Bundan əlavə, sentyabrın 25-i üçün güclü küləklə bağlı xəbərdarlıq edilib. Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti bəzi yerlərdə 20,8–28,4 m/s-ə çata bilər.