Bakıda binaların zəlzələlərə davamlılığının artırılması və müasir seysmik mühafizə texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin, mühəndislərin və alimlərin iştirakı nəzərdə tutulur. Görüş zamanı seysmik izolyasiya sistemləri, zəlzələ zamanı binalara düşən yükün azaldılması, enerjinin udulması texnologiyaları və yeni tikililərdə müasir təhlükəsizlik standartlarının tətbiqi müzakirə olunacaq.
Mütəxəssislər həmçinin güclü zəlzələlər zamanı binaların dayanıqlığını artırmağa imkan verən yeni mühəndislik həlləri və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparacaqlar.
Tədbirin əsas məqsədlərindən biri şəhərlərin seysmik təhlükələrə hazırlığının gücləndirilməsi və gələcək tikililərdə daha təhlükəsiz texnologiyaların tətbiqinin təşviq edilməsidir.