🏆 Bir turnirdə üç medal — ağır atlet Qasım İsmayılov Avropa çempionatında fərqləndi
Azərbaycan ağır atleti Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən 23 yaşadək idmançılar və yeniyetmələr arasında Avropa çempionatında üç bürünc medal qazanıb.
75 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 139 kq nəticə göstərərək üçüncü yeri tutub. İsmayılov təkanla qaldırma hərəkətində isə 175 kq nəticə ilə yenidən bürünc medal qazanıb.
İki hərəkətin cəminə görə 314 kq nəticə göstərən idmançı yarışın üçüncü bürünc medalına da sahib olub.
Ağır atletin bu çıxışı Avropa çempionatında Azərbaycan yığmasının uğurlarına daha bir töhfə verib.