Bu gün, sentyabrın 5-dən etibarən Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından əsasən dağlıq ərazilərdə yağış yağacaq.
Sentyabrın 6-dan yağıntıların ölkənin şimal və qərb rayonlarını da əhatə edəcəyi, bəzi yerlərdə sentyabrın 8-i səhərədək davam edəcəyi proqnozlaşdırılır.
Ayrı-ayrı ərazilərdə yağışların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, bəzi yerlərdə isə dolu düşəcəyi ehtimal edilir.
Güclü yağıntılar səbəbindən çaylarda suyun səviyyəsinin artması, bəzi dağ çaylarından isə qısamüddətli sel keçməsi mümkündür.
Vətəndaşlara, xüsusilə dağlıq ərazilərdə yaşayan və səfərdə olan şəxslərə diqqətli olmaq tövsiyə edilir.